Anna Qurbanova birinci, Aliyə Qarayeva isə ikincidir

Anna Qurbanova birinci, Aliyə Qarayeva isə ikincidir

Azərbaycan gimnastı Anna Qurbanova Omskda keçirilən Q.Qorenkovanın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gimnastımız iplə səhvsiz nümayiş etdirdiyi final hərəkətdə 2010-cu ilin dünya çempionu D.Dmitriyeva (Rusiya) və estoniyalı A.Makuşinanı geridə qoyaraq birinci yeri tutub.

"İplə nümayiş etdirdiyim hərəkət uğurla nəticələnib. Digər hərəkətlərdə bürünc medalı qazanmağa yaxın olaraq dördüncü yeri tutmuşam. Mənim üçün bu yarışlar 2010-cu il üçün sonuncu olub və yaxşı ki, böyük ruh yüksəkliyi ilə keçib. Kiçik fasilədən sonra məşqçim ilə növbəti mövsümə hazırlaşmağa başlayacağıq", - Qurbanova deyib.

2011 mövsümündə bütün ümidlər 2010-cu ildə Turində İtaliya klub çempionatının finalında uğurla çıxış edən Aliyə Qarayevaya da bağlıdır.

"Ritmika Pyemont" komandasını təmsil edən Qarayeva A2 seriyasında yarışıb. Finalın yekunlarına əsasən, onun komandası ikinci yeri tutub və növbəti il üçün güclülər seriyasında çıxış etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə