“Fənərbaxça” oynamayan futbolçuya 2,2 milyon avro maaş verməlidir

“Fənərbaxça” oynamayan futbolçuya 2,2 milyon avro maaş verməlidir

“Fənərbaxça” rəhbərliyi kamerunlu qapıçı Karlos Kameni ilə olan müqaviləyə xitam vermək istəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yay transfer dönəmində futbolçunu başqa bir kluba satmayan “Fənərbaxça” K.Kameniyə oynamadığı halda maaş verməli olacaq. Belə ki, futbolçuya heyətdə yer verilməsə də o, komandadan ayrılmaq istəmir. 2020-ci ilə qədər bağlanmış müqaviləyə görə isə, klub sözügedən fubolçuya illik 2,2 milyon avro maaş verməlidir. Bu isə, Harun Tekin və Volkan Dəmirəlin illik maaşından daha çoxdur. Adıçəkilən futbolçular illik 1,5 milyon avro maaş alırlar.

Qeyd edək ki, K.Kameni bu mövsüm transfer olunduğu “Fənərbaxça”da 9-u çempionat, 5-i ölkə kuboku , 2-si UEFA Avropa Liqası olmaqla 16 oyunda forma geyinib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə