“Beşiktaş”ın mövsüm başlamamışdan öncə heyətdə saxlamaq istəmədiyi futbolçulardan olan, ancaq özünü əzmkarlığı və enerjisi ilə qəbul etdirən Alvaro Neqredoya ən böyük dəstəyi baş məşqçi Şenol Günəş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bu futbolçunu həm taktiki, həm də psixoloji cəhətdən hazırladığını bildirib.
Baş məşqçi A.Neqredoya onun üçün dəyərli futbolçu olduğunu deyib: “Təlim-məşq toplanışında çox yaxşı iştirak etdin. Yorulmadan çalışdın. Bu komandadakı digər oyunçular kimi, sən də mənim üçün dəyərlisən. Sənin bu mövsümü daha yaxşı keçirəcəyinə inanıram”.
A.Neqredo isə Türkiyədə və “Beşiktaş”da qaldığı üçün çox sevindiyini bildirib: “Əlimdən gəliyi qədər komanda üçün çalışacağam. Bu mövsüm mənim üçün daha fərqli olacaq. Özümü çox yaxşı və sevincli hiss edirəm. Nə sizi, nə də azarkeşləri kədərləndirmək istəmirəm”.
Qeyd edək ki, A.Neqredo məşqlərdən əlavə də hazırlıq keçməyə davam edir. İspan futbolçu komanda ilə hazırlıqdan sonra əsasən qapıya son zərbə və baş zərbələrini məşq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB