III Dünya Köçəri Oyunlarının medal sıralamasına Qırğızıstan liderdir

III Dünya Köçəri Oyunlarının medal sıralamasına Qırğızıstan liderdir

Qırğızıstanda İssık-Kul gölünün sahillərində təşkil edilən III Dünya Köçəri Oyunlarının medal sıralamasına yerli milli komanda liderlik edir. SİA-nın məlumatına görə, Qırğızıstan yığmasının aktivində 60 medal var. Bunlardan 26-sı qızıl, 18-i gümüş, 16-sı bürünc medaldır.

İkinci yerdə Rusiya millisi qərarlaşıb. Rusiyalılar 36 medal qazanıblar. Bunlardan 13-ü qızıl, 8-i gümüş, 15-i bürünc medaldır.

İlk üçlüyü Qazaxıstan millisi qapayır. Bu komanda 44 medala sahib olub. Bunlardan 11-i qızıl, 15-i gümüş, 18-i bürünc medaldır.

Azərbaycan millisi isə hələ ki, 13 medal qazanıb. Bu medallardan 5-nin əyarı gümüş, 8-nin əyarı isə bürüncdür.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə