Bəhreynin “Bahrain-Merida” velosiped komandasının belaruslu üzvü Konstantin Sivçov komandadan uzaqlaşdırılıb. Klubun Mətbuat xidmətinin məlumatında deyilir ki, buna səbəb idmançının dopinq testinin müsbət nəticə verməsidir.
Testin nəticəsi barədə Beynəlxalq Velosipedçilər İttifaqından kluba məlumat daxil olan kimi, 36 yaşlı idmançı komandanın heyətindən çıxarılıb.
Qeyd edək ki, velosipedçinin komandası ilə müqaviləsi dekabr ayında başa çatır. Mövcud qaydaya əsasən, məsələyə dair qərar verilənədək idmançı komandadan kənarda qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB