Luis Enrikedən ispaniyalı futbolçulara yeni qadağa

Luis Enrikedən ispaniyalı futbolçulara yeni qadağa

İspaniya millisinin baş məşqçisi Luis Enrike yığmada yeni qaydalar tətbiq edib. Belə ki, 48 yaşlı mütəxəssis oyunçulara komandanın düşərgəsini tərk etməyi qadağa qoyub. Əvvəllər futbolçular asudə vaxtlarında ailələri və dostları ilə görüşə bilirdilər.

Bundan başqa, o, yemək zamanı telefondan istifadə etməmək və oyunlar arasında Madridə səfərlərini ləğv etmək tapşırığı verib. Qeyd edək ki, L.Enrike iyulda İspaniya millisinin baş məşqçisi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə