Almaniya millisinin baş məşqçisi Yoahim Löv komandadakı nizam-intizamı gücləndirir. SİA-nın məlumatına görə, mütəxəssis artıq bu istiqamətdə ilk addımı atıb. Təcrübəli çalışdırıcı futbolçulara gecə saat 12-yə kimi otelə qayıtmaq və bu saatdan sonra otaqlarından çıxmamaq tapşırığı verib. Hətta oyunçulara otelin barında oturmaq da qadağan olunub.Qeyd edək ki, Lövün DÇ-2018-də qrupdan çıxa bilməmələrinin məhz nizam-intizamla bağlı olduğunu düşündüyü üçün bu addımı atdığı iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB