Bakıda keçiriləcək DÇ-də Yunanıstan 4 idmançı ilə iştirak edəcək

Bakıda keçiriləcək DÇ-də Yunanıstan 4 idmançı ilə iştirak edəcək

Yunanıstan millisi Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında dörd idmançı ilə təmsil olunacaq. SİA-nın məlumatına görə, məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Georgis Azoidis (73 kq), Aleksios Ntanatsidis (81 kq) və Teodoros Tselidisə (90 kq) şans verəcək.

Qadınların mübarizəsində isə Elizavet Teltsidou (70 kq) birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə