Dünya Köçəri Oyunlarında salbuurun yarışlarının qalibləri müəyyənləşib
Qırğızıstanda təşkil edilən III Dünya Köçəri Oyunlarında qırğız milli ovçuluq oyunu olan salbuurun yarışları keçirilib. SİA-nın məlumatına görə, Dünya Köçəri Oyunlarının mətbuat xidmətindən verilən yazılı açıqlamada bildirilir ki, Salbuurun yarışlarının proqramına qartal ovçuluğu (burkut saluu), ov iti və yırtıcı quşlarla ovçuluq (dalba oynotuu) oyunları daxil edilib.
Qartal ovçuluğu yarışında 5 ölkdən 10 nəfər iştirak edib. Bu növ üzrə qırğızıstanlı Nurbek İsmailov birinci, rusiyalı Qulzina Baymurzina ikinci, qazaxıstanlı Kuntuqan Serikbek üçüncü yerə çıxıb.
Yırtıcı quşlarla ovçuluq yarışında 6 ölkədən 11 nəfər iştirak edib. Qırğızıstanlı Muratbek Abdıldayev birinci, onun həmyerlisi Tügölbay Abdıkadırov ikinci, özbəkistanlı İlhomcon Curayev isə üçüncü olub.
Ov iti ilə ovçuluq yarışlarında 5 ölkədən 19 idmançı iştirak edib. Birinci yerə BƏƏ-dən Muhammed El Mansori, ikinci yerə qırğızıstanlı Muhidin Karabayev, üçüncü yerə isə rusiyalı Natalya Foşkina çıxıb.
Yay ovçuluğu yarışlarında 23 ölkədən 153 nəfər iştirak edib. Yarış kişi və qadınlar arasında keçirilib.
Kişilər arasında ilk iki yerdə Macarıstan, üçüncü yerdə isə Rusiya təmsilçisi qərarlaşıb. Qadınlar arasında isə birinci yerdə Qırğızıstan, ikinci və üçüncü yerdə Rusiya təmsilçiləri yer alıb.
Qeyd edək ki, salbuurun - quşlar, itlər, ox və yay ilə ovçuluq növlərini birləşdirən ov ənənəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB