Milli komandamız Qırğızıstanda iki gümüş və bir bürünc medal qazanıb

Milli komandamız Qırğızıstanda iki gümüş və bir bürünc medal qazanıb

Azərbaycan milli komandası Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında iki gümüş və bir bürünc medala sahib olub. Yakutiyanın milli idman növü olan mas-reslinq yarışında Nərgiz İbrahimova (75 kq) və Rəsul Səfərov (60 kq) gümüş medal qazanıblar. Yarışda 80 kiloqram çəki dərəcəsində çıxış edən Sultan Ağayev isə komandamızın aktivinə bürünc medal yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə