"Real Madrid" klubunun baş məşqçisi Xulen Lopeteqi İspaniya millisindən ayrıldığına peşiman olmadığını deyib. SİA-nın məlumatına görə, 52 yaşlı mütəxəssis "Real"da özünü əla hiss etdiyini bildirib: “Qərarımdan peşman deyiləm. Yenə də belə edərdim. İspaniya millisi barədə eşitmək istəmirəm. Amma bu komandanın fanatıyam. Bütün ispan futboluna uğurlar diləyirəm. "Real"da işləmək mənim üçün hər şeydən üstündür. Burada çox rahatam. Ölkə çempionatında ardıcıl üç oyunda qələbə qazanmışıq. Əminəm ki, mövsüm bizim üçün yaxşı olacaq”.
Xatırladaq ki, Lopeteqi Rusiyada keçirilən dünya çempionatına İspaniya millisinin baş məşqçisi kimi yollanmışdı. O, "Real" ilə apardığı danışıqlara görə millidən istefaya göndərilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB