Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb
Xəbər verdiyimiz kimi, Qırğızıstanda İssık-Kul gölünün sahillərində III Dünya Köçəri Oyunları keçirilir. SİA-nın məlumatına görə, Çolpon-Ata şəhərində yerləşən Bədən Tərbiyəsi və Sağlamlıq Kompleksində kəmər güləşi üzrə yarışlar təşkil edilib. Bu növ üzrə yarışlarda idmançılar yalnız Dünya Köçəri Oyunlarının medalları uğrunda deyil, həm də dünya çempionatına lisenziya üçün mübarizə aparırlar.
Oyunların mətbuat xidmətindən bildirilib ki, kəmər güləşi yarışlarında 35 ölkədən 145 idmançı yarışıb.
Qızıl medal qazanan idmançıya 70 min som, gümüş medalın sahibinə 35 min som, bürünc medala yiyələnən güləşçilərə isə (Bu yarışlarda hər çəkidə iki bürünc medal qazanan idmançı olur) 17,5 min som mükafat verilib.
Yarışda Azərbaycan idmançısı Gözəl Zutova ikinci yerə çıxıb. O, 75 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycanın tanınmış media orqanlarının rəhbərləri də Qırğızıstanda yarışları izləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB