Dünya Köçəri Oyunlarında qol güləşçilərimiz 6 medal qazanıblar - FOTO

Dünya Köçəri Oyunlarında qol güləşçilərimiz 6 medal qazanıblar - FOTO

Qırğızıstanda İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunlarında Bədən Tərbiyəsi və Sağlamlıq Kompleksində kişi və qadınlar arasında qol güləşi üzrə yarışlar keçirilib. SİA-nın məlumatına görə, Oyunların mətbuat xidmətindən bildirilib ki, 18 yaşdan yuxarı atletlər arasında təşkil olunan yarışlara 17 ölkədən 56 idmançı qatılıb. İdmançılar sağ və sol qollar üzrə mübarizə aparıblar

Bu yarışlarda qızıl medal qazanan idmançıya 50 min som, gümüş medalın sahibinə 30 min som, bürünc medala yiyələnən atletə isə 15 min som pul mükafatı verilib.

Qaliblər arasında Azərbaycan idmançıları da var. Sol qolla 105 kq-dək çəki dərəcəsində mübarizə aparan idmançımız Rəşad İsrafilov, 105 kq-dan yuxarı çəkidə isə Rüstəm Qurbanov gümüş medal qazanıb.

Sağ qolla 75 kq-dək çəki dərəcəsində mübarizə aparan Zöhrab Maksimov, 95 kq-dək çəkidə Elsevər Xasiyev, 105 kq-dək çəkidə Rəşad İsrafilov, 105 kq-dan yuxarı çəkidə isə Rüstəm Qurbanov bürünc medal qazanıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə