Dünya Köçəri Oyunlarında medal sıralamasında Qazaxıstan liderdir

Dünya Köçəri Oyunlarında medal sıralamasında Qazaxıstan liderdir

Qırğızıstanda İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunlarında Qazaxıstan milli komandası medal sıralamasında birinci yerdədir. SİA-nın xəbərinə görə, bu haqda oyunların rəsmi internet saytında məlumat yayımlanıb.

Qazaxıstan hələ ki, 19 medal qazanıb. Onlardan 7-si qızıl, 7-si gümüş, 5-i isə bürünc medaldır.

Qırğızıstan isə 18 medalla 2-ci yerdədir. Onlardan 5-i qızıl, 5-i gümüş, 8-i bürünc medaldır.

İlk üçlüyü Türkmənistan qapayır. Türkmənlər 12 medal qazanıblar. Onlardan 5-i qızıl, 2-si gümüş, 5-i isə bürünc medaldır.

Medal sıralamasında bu ölkələri Rusiya və Özbəkistan izləyir.

Xatırladaq ki, III Dünya Köçəri Oyunları sentyabrın 2-də start götürüb. Oyunlar sentyabrın 8-dək davam edəcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə