Moskva vilayətinin Çexov şəhərində qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışları başa çatıb. SİA-nın xəbərinə görə, turnirdə 6 ölkədən 131 idmançı iştirak edib. Azərbaycanı yarışlarda Anjela Doroqan (51 kq), Olesya Zamula, Gözəl Zutova (hər ikisi 63 kq), Dina İvanova, Natalya Palamarçuk (hər ikisi 72 kq) təmsil ediblər. Təəssüf ki, güləşçilərimizdən heç biri medal qazana bilməyib.
Turnirin qalibləri Rusiya güləşçiləri Mariya Qurova (55 kq), Anna Polovneva (59 kq), Natalya Kuksina (67 kq), Alena Perepelkina (72 kq), habelə Pekine Klarissa Çun (48 kq, ABŞ), Mariya İvanova (51 kq, Belarus) və Yuliya Ostapçuk (63kq, Ukrayna) olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB