25 ildən sonra "Yuventus"dan ayrılan Klaudio Markizio karyerasını Rusiyada davam etdirəcək. SİA-nın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "Zenit"ə keçib. İtaliya millisinin sabiq üzvü ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Markizio "Yuventus"un yetirməsidir və 1993-cü ildən bu klubun aşağı yaş qruplarından əsas komandaya qalxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB