"Neftçi" yoxlama oyunu keçirəcək

"Neftçi" yoxlama oyunu keçirəcək

Futbol üzrə I Divizionda çıxış edən "Neftçi-2” hazırlığı davam etdirir. "Ağ-qaralar” hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək. “Neftçilər” "Qaradağ Lökbatan”la qarşılaşacaq. Görüş sentyabrın 6-sı saat 17:00-da “Neftçi”nin bazasında baş tutacaq.

I Divizionda 2 turdan sonra 4 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Neftçi-2” növbəti rəsmi oyununu sentyabrın 14-də səfərdə "Kəpəz”ə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə