"Yuventus"un əfsanəsi Ronaldodan danışdı

"Yuventus"un əfsanəsi Ronaldodan danışdı

"Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Piero A Seriyasının ilk 3 turunda qol vura bilməyən Kriştiano Ronaldo haqqında fikirlərini bildirib. O, portuqaliyalı ulduza vaxt lazım olduğunu söyləyib: "Ronaldo sakit olmalıdı. "Yuventus"un bütün oyunlarını izləyirəm və mən onda bunu görürəm. O, özü də başa düşür ki, A Seriyası fərqli çempionatdı. Ronaldo çox yaxşı oynayır və əzmkarlıq göstərir. O, hamının gözlədiyini edəcək - "Yuventus"da çoxlu qollar vuracaq. Ancaq əvvəlcə bir qədər vaxt keçməlidi".

Xatırladaq ki, Ronaldo bu yay "Real"dan "Yuventus"a transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə