"Liverpul"un hücumçusu İngiltərədə ayın ən yaxşısı seçildi

"Liverpul"un hücumçusu İngiltərədə ayın ən yaxşısı seçildi

Futbol üzrə İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı futbolçusu müəyyənləşib. İngiltərə Peşəkar Futbol Assosasiyasının saytında yer alan xəbərə görə, "Liverpul"un hücumçusu Sadio Mane ötən ayın ən yaxşı oyunçusu seçilib. Seneqallı futbolçu Serxio Auero (“Mançester Siti”), Nil Eteric (“Kardiff Siti”), Benjamen Mendi (“Mançester Siti”), Lukas Moura (“Tottenhem”) və Roberto Pereyranı (“Uotford”) qabaqlayıb.

Qeyd edək ki, Mane avqustda meydana çıxdığı 3 matçda 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə