Gimnastımız beynəlxalq turnirdə bürünc medal qazanıb

Gimnastımız beynəlxalq turnirdə bürünc medal qazanıb

Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. SİA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 15 ölkədən 200-ə yaxın gimnastın iştirakı ilə baş tutan yarışda komandamız uğurla çıxış edib. Belə ki, fərdi proqramda mübarizə aparan gənc gimnastımız Yelizaveta Luzan lent ilə hərəkətlərə görə, hakimlərdən 13.900 xal alaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Gimnastımız çoxnövçülükdə 4-cü, halqa, top və gürzlərlə çıxışlarına görə, isə 6-cı olub.

Yığmamızın digər fərdi gimnastı Məryəm Səfərova isə çoxnövçülükdə 9-cu yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə