“Qəbələ”nin karateçiləri “Open Masters-2018”də qızıl medal qazanıblar
“Qəbələ” idman klubunun karateçiləri növbəti uğura imza atıblar. Azərbaycan milli komandasının heyətində yer alan Rafael Ağayev və Rafiz Həsənov İsveçrənin Bazel şəhərində keçirilən IX “Open Masters-2018” turnirində fərqləniblər.
SİA-nın məlumatına görə, R.Ağayev 75, R.Həsənov isə 67 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdmançılarımız yarışın qalibi kimi kubokla təltif olunublar.
Xatırladaq ki, Azərbaycan yığması turnirdə, ümumilikdə 11 mükafata yiyələnib. Bunlardan dördü 1-ci, dördü 2-ci, üçü isə 3-cü yer üçün təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB