Portuqaliyalı futbolçu “Real”la yollarını ayırıb

Portuqaliyalı futbolçu “Real”la yollarını ayırıb

Portuqaliyalı futbolçu Fabio Koentrao Madrid “Real”ı ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, 30 yaşlı müdafiəçi ölkəsinin “Rio Ave” klubuna transfer olunub. Onun yetirməsi olduğu bu klubla neçə illik müqavilə imzaladığı açıqlanmır. “Real” Fabionu 2011-ci ildə 30 milyon avroya “Benfika”dan transfer etmişdi. O, “kral klubu”nun heyətində 58 oyun keçirib.

Koentrao ötən mövsümü icarə əsasında “Sportinq”də keçirib. O, bu komandanın heyətində 44 oyun keçirib, 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə