"Keşlə" "Səbail"i məğlub edib

Azərbaycan millisinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Səbail” və “Keşlə” yoxlama matçında üz-üzə gəliblər. SİA-nın məlumatına görə, "Bayıl Arena"da baş tutan oyunda hesabı “Səbail” açıb. Lakin qalan dəqiqələrdə iki qol vuran “Keşlə” bu matçdan əzmkar qələbə ilə ayrılmağa nail olub.

"Səbail" - "Keşlə" 1:2

Qollar: Kevin Kubemba - Slavik Alxasov, Nikola Mitroviç.

Bütün xəbərlər Facebook səhifəmizdə