Qırğızıstanda Azərbaycanı 39 idmançı təmsil edir

Qırğızıstanda Azərbaycanı 39 idmançı təmsil edir
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində üçüncü Dünya Köçəri Oyunlarının (DKO) açılışı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Qırğızıstan mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova bildirib ki, oyunları dünyanın 60 ölkəsindən 500-dən artıq jurnalist işıqlandıracaq. Gənclər, Mədəniyyət və İdman üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov isə qeyd edib ki, proqrama idmanın 37 idman növü üzrə yarışlar salınıb. O deyib ki, idmançılara 594 dəst medal veriləcək. Bunun 174-ü qızıl, 173-ü gümüş, 247-si bürünc medallardır. Xatırladırıq ki, Oyunlarda Azərbaycanı məşqçilərlə birlikdə 39 idmançı təmsil edir. Oyunların rəsmi açılış mərasimi axşam saatlarında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə