Ronaldodan tələb: "Mənə 3 cangüdən verin"

Ronaldodan tələb: "Mənə 3 cangüdən verin"

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo klub rəhbərliyindən özü və ailəsi üçün ən azı 3 cangüdən işə götürməsini xahiş edib. Bu barədə “Football İtalia” nəşri yazıb. Məlumatda deyilir ki, portuqaliyalı futbolçu Qran Madredəki villasının təhlükəsizlik baxımından həssas bölgədə yerləşdiyini nəzərə alaraq, belə bir addım atıb. 33 yaşlı forvard mühafizəçilərdən birini özü, ikincisini ailəsi, üçüncüsünü isə evin daim qorunması üçün istəyib.

Qeyd edək ki, mövsümün əvvəlində “Real”dan “Yuventus”a keçən Ronaldo yeni komandasında 2 rəsmi oyun keçirib, amma qol vura bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə