“Sportinq” klubunun baş məşqçisi Joze Pizeyru Avropa Liqasının püşkünü dəyərləndirib.“A Bola” nəşrinə görə, E qrupunda mübarizə aparacaqları “Arsenal”, “Qarabağ” və “Vorskla” klubları haqda fikirlərini bölüşən portuqaliyalı mütəxəssis ilk iki komandanı xüsusi vurğulayıb: “Arsenal” Çempionlar Liqası komandasıdır. Qrupumuzda bir də “Qarabağ” var, hansı ki, ötən mövsüm ÇL-in qrup mərhələsində iştirak edib. Qrupda “Sportinq”lə birlikdə Çempionlar Liqası təcrübəsi olan 3 komandanın yer alması yaxşı haldır”.
Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu sentyabrın 20-də səfərdə “Sportinq”ə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB