"Bu dəfə Ronaldonu milliyə dəvət etmədik"

"Bu dəfə Ronaldonu milliyə dəvət etmədik"

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Kriştiano Ronaldonun yığmaya çağırılmamağının səbəbini açıqlayıb. Qol.az-ı xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Ronaldo "Yuventus"la müqavilə imzaladıqdan sona onun yeni klubuna uyğunlaşması üçün bu qərarı qəbul etdik. Bu dəfə Ronaldonu milliyə dəvət etmədik". Qeyd edək ki, Portuqaliya sentyabrın 6-ı Xorvatiya ilə yoxlama görüşü keçirəcək. Yığma UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 10-u İtaliya ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə