"Jurnalistlər Sülh Ugrunda" İctimai Birliyi ölkə futbolunda yaşanan proseslərlə baglı sensasiyalı sayılacaq növbəti açıqlama ilə çıxış edib. Qurumun rəhbəri Mətləb Salahovun SİA-ya verdiyi məlumata görə, jurnalist təşkilatı Gənclər və İdman naziri Azad Rəhimova Tofiq Bəhramov adına Respublika stadionunun qapadılması və milli qoruq elan edilməsi ilə baglı məktub yollayacaq: "Biz hesab edirik ki, artıq ölkə futbolunda baş verənlər o dərəcədə qabarıq şəkil alıb ki, bu problemlər cəmiyyət miqyasında hər kəsi narahat edir. Futbol klublarının peşəkarlıqdan uzaq olan fəaliyyətləri, xüsusi ilə böyük büdcələrə sahib olan və Avropa miqyasında çıxış edən əksər futbol klublarımızın elementar qaydalara cavab verən stadionlara malik olmamaları beynəlxalq futbol arenasında bizim adımıza xoş olmayan bir mənzərə yaradır.
Təsəvvür edin ki, ölkənin ən imkanlı, böyük büdcələrə malik olan əksər futbol klublarının meydanları yoxdur. "Xəzər-Lənkəran" futbol klubu istisna olmaqla. Belədə isə bütün güc düşür Tofiq Bəhramov adına milli stadiona. Artıq klub qalmayıb ki burada ev oyunu keçirməsin. Stadionun ot örtüyü ərəb səhralarını xatırladır. İndi nəzərə alanda ki, Azərbaycan futbol tarixinin tam böyük hissəsi bu stadionla baglıdır, nəzərə alanda ki, ölkənin əsas milli komandası dünya səviyyəli oyunlarını bu stadionda keçirir, onda heç olmazsa futbol tariximizə hörmət əlaməti olaraq bu stadionun milli qoruq elan olunmasına dair təklif yerinə düşər.
Bu stadionun hər bir qarışı əsl tarixdir. Biz onun ərəb səhrasına çevrilməsinin qarşısının alınmasına çalışmalıyıq. Ən azı Tofiq Bəhramovun, Anatoli Banişevskinin, Ələkbər Məmmədovun və futbolumuzun xatirinə."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB