Topaz Premyer Liqasının III turundan sonra istirahətə buraxılan "Qəbələ" hazırlıqlarını bərpa edib. SİA-nın məlumatına görə, "Sumqayıt"la görüşün ardından məşqlərinə 4 günlük ara verən "qırmızı-qaralar" dünən Bakıda bir araya gəlib.
Hazırlıqlarını paytaxtda gerçəkləşdirən Sənan Qurbanovun komandası "Bakı" FK-nın bazasında məşq edib. Milli komandaların heyətinə dəvət olunan futbolçuların qatılmadığı hazırlığa U-19 komandasının bir neçə üzvü də qatılıb.
Xatırladaq ki, Cavid Hüseynov, Ürfan Abbasov, Təmkin Xəlilzadə, Rauf Əliyev Azərbaycanın əsas, Amin Seydiyev, Bəhlul Mustafazadə U-21 milli komandasına, Sabien Lilay Albaniya, Lalavele Atakora Toqo yığmasına çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB