Qonsalu Quedeş rəsmən "Valensiya"ya keçib

Qonsalu Quedeş rəsmən "Valensiya"ya keçib

PSJ-nin hücumçusu Qonsalu Quedeş rəsmi şəkildə "Valensiya" klubuna keçib. SİA-nın xəbərinə görə, məlumat ispan klubunun rəsmi saytında yer alıb. 21 yaşlı portuqaliyalı 2024-cü ilə qədər müqavilə imzalayıb. Onun buraxılış qiyməti 300 milyon avrodur.

Quedeş "Valenciya"da icarə əsasında oynayırdı. Hücumçu Primerada 33 matçda meydana çıxıb, 3 qol vurub, 11 məhsuldar otürmə verib. Futbolçu DÇ-2018-də Potuqaliya millisinin heyətində yer alıb.

Bir müddət əvvəl "Arsenal" və "Mançester Yunayted"in portuqaliyalı ilə maraqlandığı deyilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə