Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olur. SİA-nın məlumatına görə, təmsilçimiz “Qarabağ” da pley-off mərhələsində cavab matçına çıxıb.
Ağdam təmsilçisi Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməli idi. 3:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi tarixində 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrupunda oynamışdı.
30 avqust
Avropa Liqası
Pley-off mərhələsi
21:00. "Qarabağ” (Azərbaycan) - "Şerif” (Moldova) - 3:0
Qollar: Maksim Medvedev, 9, Donald Gerrye, 42, Filip Ozobiç, 55
İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB