“Bursaspor”un qapıçısı “Fənərbaxça”ya keçib

“Bursaspor”un qapıçısı “Fənərbaxça”ya keçib

“Fənərbaxça” günün ikinci transferini gerçəkləşdirib. Klubun rəsmi saytında yer alan xəbərə görə, “bülbüllər” “Bursaspor”un qapıçısı Harun Tekini heyətinə qatıb. Türkiyə millisinin də formasını geyinən 29 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, İstanbul klubu bu gün H. Tekindən öncə braziliyalı yarımmüdafiəçi Jailson Markesin keçidini də açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə