“Fənərbaxça” futbol klubu,Türkiyədə transfer pəncərəsinin bağlanmasına 1 gün qalmış heyətinə yeni futbolçu qatıb. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, İstanbul təmsilçisi “Qremio”dan Jailson Markesi transfer edib. Keçidə görə Braziliya klubuna 4,5 milyon avro ödəyəcək “sarı-lacivərdlilər” 22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Jailson Markes “Fənərbaxça”nın bu yay heyətinə qatdığı 8-ci futbolçudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB