Yığmamız Serbiya və Hollandiya komandaları ilə qarşılaşacaq

Yığmamız Serbiya və Hollandiya komandaları ilə qarşılaşacaq

Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması Yaponiyada keçiriləcək Dünya Çempionatına hazırlıq çərçivəsində Mariborda məşqləri davam etdirir. SİA-nın məlumatına görə, yığmamız Sloveniyada bir neçə yoxlama görüşü keçirməyi planlaşdırır. İlkin məlumata əsasən, voleybolçu qızlarımızın rəqibləri Bakıda Avropa Çempionatının finalında çıxış etmiş Serbiya və Hollandiya komandaları ola bilər.

Xatırladaq ki, yığmamızın hücumçusu Natalya Məmmədova komandaya qoşulub. O, Yaponiyada keçiriləcək Dünya Çempionatına hazırlığın birinci mərhələsində, habelə bu yaxınlarda Antalyada keçirilmiş “Gloria Cup” turnirində iştirak etməyib. Həmin turnirdə yığmamız üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə