Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib - FOTOLAR

Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib - FOTOLAR

Rusiyanın paytaxtı Moskvada təşkil olunan futvolley üzrə beynəlxalq açıq turnirdə Azərbaycan komandası da iştirak edib. Azərbaycan Futvolley Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komandamızı Fəyyar Hüseynov və Namiq İskəndərov təmsil edib.

“Levoberejye” çimərlik stadionunda təşkil olunan “Moscow Futvolley Open” turnirində 10 komanda 2 qrupda mübarizə aparıb. Komandamız 4 oyun keçirib. Futvolleyçilərimiz "Kot-d'İvuar" və “Rusiya 1” komandalarına qalib gəlib, “İsrail” və “Rusiya 2” komandalarına məğlub olaraq qrupda üçüncü yerə çıxıblar. Komandamız yarışda mübarizəni dayandırıb.

Finalda isə “İsrail” və “Rusiya 1” komandaları qarşılaşıb. Gərgin keçən mübarizədən sonra “İsrail” komandası çempion adını qazanıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə