Ronaldo "Yuventus"a görə millidən vaz keçdi

Ronaldo "Yuventus"a görə millidən vaz keçdi

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisinin sentyabrda Xorvatiya ilə yoldaşlıq, İtaliya ilə isə Millətlər Liqasında keçirəcəyi oyunları buraxacaq. “İtaSportPress” nəşrinin yazdığına görə, 33 yaşlı futbolçu yeni klubuna tam uyğunlaşmaq üçün yığmadakı çıxışını müvəqqəti dayandırmaq qərarına gəlib. Hətta Ronaldonun bir müddət Portuqaliya millisində oynamayacağı iddia olunur.
Qeyd edək ki, “Yuventus”un heyətində 2 rəsmi oyun keçirən portuqaliyalı hələlik qol hesabını aça bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə