“Bakı”nın sabiq qapıçısı baş məşqçi təyin edilib

“Bakı”nın sabiq qapıçısı baş məşqçi təyin edilib

Fəaliyyətini dayandırmış “Bakı” klubunun sabiq qapıçısı Xalidu Sissoko məşqçi fəaliyyətinə başlayıb. SİA-nın məlumatına görə, seneqallı veteran qolkiper ölkəsində yüksək liqada çıxış edən NGB klubuna baş məşqçi təyin edilib.

Qeyd edək ki, 40 yaşlı Sissoko 2004-2012-ci illərdə “Bakıda çıxış edib. O, paytaxt klubunun heyətində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə