Joze Mourinyo istefaya göndərilə bilər

Joze Mourinyo istefaya göndərilə bilər

Joze Mourinyo "Mançester Yunayted"in baş məşqçi postundan istefaya göndərilə bilər. SİA-nın məlumatına görə, “qırmızı şeytanlar” Premyer Liqanın IV turunda "Börnli" ilə səfər matçında uduzsa, 55 yaşlı mütəxəssisin müqaviləsinə birtərəfli qaydada xitam veriləcək.

Klubla 2020-ci ilin yayına qədər müqaviləsi olan portuqaliyalı baş məşqçinin, istefaya göndəriləcəyi təqdirdə, 13 milyon avro təzminat alacağı bildirilir. 2016-cı ilin mayında "Mançester Yunayted"ə baş məşqçi təyin olunan Joze Mourinyo bu müddətdə Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə