Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Şerif” (Moldova) oyununa bilet satışı davam edir. SİA-nın məlumatına görə, avqustun 30-da keçiriləcək qarşılaşmaya artıq 12 min bilet satılıb. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
“Qarabağ” - “Şerif” qarşılaşması aqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
"Qarabağ” səfərdə keçirilən ilk oyunda 0:1 hesab ilə məğlub olub.
Qeyd edək ki, bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar), 28 Mall ticarət mərkəzində və Sumqayıtda həyata keçirilir. Bununla yanaşı, azarkeşlər iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB