Avqustun 30-da Bakıda, Tofiq Bəhramov adına stadionunda Avropa Liqasının pley-off mərhələsində Azərbaycanın “Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında cavab matçı keçiriləcək. SİA-nın məlumatına görə, cavab matçını makedoniyalı hakimlər briqadası idarə edəcək. Bu görüşün baş hakimi makedoniyalı Aleksandr Stavrev olacaq. Ona Maryan Kirovski, Deyan Kostandinov və Dimitar Mekarovski kömək edəcəklər.
Xatırladaq ki, görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB