İspaniya La Liqasında mübarizə aparan "Cirona" heyətini gücləndirib. SİA-nın məlumatına görə, Kataloniya təmsilçisi "Sportinq"in Fil Dişi Sahilindən olan hücumçusu Seydu Dumbiyanı heyətinə qatıb.
30 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Dumbiya 2017-ci ildən Lissabon klubunda çıxış edirdi. O, vaxtilə MOİK (Moskva, Rusiya), "Roma" (İtaliya), "Nyukasl Yunayted" (İngiltərə) kimi klubların da şərəfini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB