UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən üç cavab görüşüdən sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb. 18.250 xalı olan ölkəmiz 26-cı sırada qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısında Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.375 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə