"Çelsi"nin futbolçusu İngiltərə millisini tərk etdi

"Çelsi"nin futbolçusu İngiltərə millisini tərk etdi

"Çelsi"nin futbolçusu Qeri Kehill İngiltərə millisindəki karyerasını müvəqqəti dayandırıb. London təmsilçisinin telekanalının yaydığı xəbərə görə, o, klubdakı karyerasına köklənmək üçün bu addımı atdığını bildirib: "İndi bu qərarı vermək üçün ən düzgün vaxtdır. Gələcəkdə milliyə lazım olsam, hazır olacam".

Qeyd edək ki, Kehill 2010-cü ildən İngiltərə millisində oynayırdı. O, indiyə kimi 61 matçda 5 qol vurub. 32 yaşlı oyunçu DÇ-2018-də iştirak edib. Xatırladaq ki, bundan əvvəl Ceymi Vardi İngiltərə yığmasından getdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə