“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının son turunda evdə “Tottenhem”ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini açıqlayıb. Təcrübəli portuqaliyalı mütəxəssis özünə yönələn tənqidi fikirlərlə razılaşmadığını, ona hörmət edilməli olduğunu deyib:
“Bu gün 0:3 hesabı ilə məğlub olduq. Bu 3 eyni zamanda mənim Premyer Liqada qazandığım çempionluq sayıdır. Deməli, hazırda liqada işləyən 19 baş məşqçinin hamısından daha çox çempionluq qazanmışam. Mənim 3, digərlərinin ümumilikdə 2 çempionluğu var. Mənə hörmət edin!”
Qeyd edək ki, dünənki məğlubiyyətdən sonra Mourinyonun MY-dən göndəriləcəyi, yerinə isə “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın gətiriləcəyi deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB