UEFA Millətlər Liqasının rəsmi topu təqdim edilib - FOTO

UEFA Millətlər Liqasının rəsmi topu təqdim edilib - FOTO

UEFA Millətlər Liqasının rəsmi topu nümayiş olunub. SİA-nın məlumatına görə, ilk dəfə təşkil ediləcək yarışda ağ və gümüşü rənglərin vəhdətindən hazırlanan topdan istifadə olunacaq.

Topun üzərində Avropa ölkələrinin bayraqları da əksini tapıb.

Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin oyunları 6 sentyabr – 20 noyabrda keçiriləcək. D liqasının III qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Kosovo ilə evdə, 10-da isə Maltayla səfərdə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə