Ronaldo İspaniyada futbol klubu alır

Ronaldo İspaniyada futbol klubu alır

Braziliya millisinin sabiq hücumçusu Ronaldo futbol klubunun sahibi ola bilər. SİA-nın məlumatına görə, braziliyalı İspaniyanın "Valyadolid" klubunu əldə etməyə yaxındır. Rəsmi açıqlamanın 2-3 həftədən sonra veriləcəyi gözlənilir. "Valyadolid" bu mövsüm La Liqada mübarizəyə qoşulub. Ronaldo klubu 30 milyon avroya alacaq. Bu məbləğ ispan klubunun 25 milyon avro borcunu bağlayacaq. “Sambaçı” komandanın əsas təsisçisi və prezidenti olcaq. İndiki klub prezidenti Karlos Suares baş direktor vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Çinin və Latın Amerikasının bəzi iş adamları da La Liqanın yeni komandasını əldə etmək istəyiblər. Lakin Suares keçmiş hücumçu ilə anlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə