Anri “Bordo”nu çalışdırmaqdan imtina edib

Anri “Bordo”nu çalışdırmaqdan imtina edib

Fransa millisi və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anrinin “Bordo”ya baş məçqçi təyinatı gerçəkləşməyib. SİA-nın məlumatına görə, veteran futbolçu fransız klubunu çalışdırmaqdan imtina edib. Buna səbəb Liqa 1 təmsilçisinin gənc mütəxəssisin tələblərini yerinə yetirməyə hazır olmamasıdır.

Anridən “yox” cavabı alan klub rəhbərliyinin Klaudio Ranyeri ilə danışıqlara başlayacağı iddia olunur.

Qeyd edək ki, “Bordo” hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə