Viktor İqbekoyinin yeni klubu bəlli olub

Viktor İqbekoyinin yeni klubu bəlli olub

"Zirə"dən ayrılan Viktor İqbekoyinin yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, nigeriyalı yarımmüdafiəçi karyerasına ABŞ-da davam edəcək. O, II Liqa təmsilçisi "Nort Kalorina"ya keçib

Qeyd edək ki, 31 yaşlı futbolçu Azərbaycanda 12 il ərzində çıxış edib. Təcrübəli futbolçu "Zirə"dən başqa, "Turan”, "Qarabağ” və AZAL-ın da şərəfini qoruyub.

Əlavə edək ki, İqbekoyi "Zirə" tarixində ən çox oyun keçirmiş futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə