UEFA İntizam Komitəsi Rusiyanın “Spartak” klubunun futbolçusu Luis Adrianonu üç oyunluq diskvalifikasiya edib. “Report” UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun avqustun 14-də Moskvada Yunanıstanın PAOK komandası ilə keçirilən Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununun 33-cü dəqiqəsində rəqibinə dirsəklə zərbə endirməsinə görə birbaşa qırmızı vərəqə almasıdır.
L.Adriano bununla da komandasının Avropa Liqasının qrup mərhələsində keçirəcəyi 6 oyundan üçünü buraxmalı olacaq. Qeyd edək ki, "Spartak" iki oyunun nəticəsinə görə (0: 0 və 2:3) mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB