Cüneyt Çakır "Zalsburq” - "Srvena Zvezda” matçını idarə edəcək

Cüneyt Çakır "Zalsburq” - "Srvena Zvezda” matçını idarə edəcək

Türkiyəli futbol hakimi Cüneyt Çakır, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb. UEFA-nın saytında yer alan xəbərə görə, o, "Zalsburq” (Avstriya) - "Srvena Zvezda” (Serbiya) cavab matçını idarə edəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 29-u Bakı vaxt ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə